“Real”dan futbolçusuna “yaşıl işıq”

İspaniyanın “Real” klubunun müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Mauritsio Sarri müdafiəni gücləndirmək üçün Marselonun ən yaxşı seçim olduğunu düşünür.

Marselonun “qoca sinyora”ya keçməyə razılıq verəcəyi halda, “Real”ın bu transferə mane olmayacağı bildirilir.

2007-ci ildən “Real”ın şərəfini qoruyan Marselonun klubla müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.