“Real”da yeni müqavilə – fantastik təzminat məbləği

İspaniyanın “Real” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, “kral klubu” Federiko Valverde ilə müqavilənin müddətini uzadıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real”ın uruqvaylı futbolçu ilə 2025-cü ilədək müqavilə imzaladığı bildirilir. Yeni müqaviləyə görə, futbolçunun təzminat məbləği 750 milyon avro olaraq müəyyənləşdirilib.

2018-ci ildən “Real”ın şərəfini qoruyan 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2021-ci ilədək nəzərdə tutulurdu.