“Real”da Ronaldo ilə birlikdə oynamaq arzum idi”

İspaniyanın “Real” klubunun futbolçusu Rodriqo Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun keçmiş futbolçusu olan portuqaliyalı hücumçu ilə müqayisə olunması ilə bağlı danışan Rodriqo, bunları deyib:

“Real”da Ronaldo ilə birlikdə oynamaq arzum idi. Onun “Real”dan ayrılması hələ də təəssüf doğurur. Düşünürəm ki, artıq onunla birlikdə oynamaq çətin olacaq. O ki qaldı onunla müqayisə olunmağıma, bu klubda onun yerini tutduğumu demək üçün çox gəncəm. O, klub tarixinin ən böyük futbolçularından biridir. Onunla müqayisə etməklə, mənə təzyiq göstərmələrini istəmirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button