“Real”da növbəti itki

İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Qranada”ya 4:2 hesabı ilə qalib gələn “Real”ın heyətində növbəti itki baş verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Toni Kross sıradan çıxıb. Oyunun 34-cü dəqiqəsində zədələnən futbolçu, qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.

Hazırda “Real”ın heyətində Ferlan Mendi, Marselo, Tibo Kurtua, Marko Asensio və Naço da zədəlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button