“Real”da itki – İlk turu buraxa bilər

“Real” klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Brahim Dias zədələnib. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. 19 yaşlı hücumçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Diasın “Real”ın İspaniya La Liqasının ilk turunda “Selta” ilə qarşılaşacağı matçda iştirakı sual altındadır. “Selta” – “Real” matçı avqustun 17-də keçiriləcək.