“Hələ bir qərar verməmişik” – Serxio Ramos

“Real”ın kapitanı Serxio Ramos komandadakı gələcəyi və “Barselona”dan ayrılacağı gözlənilən Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispan futbolçu, “kral klubu”ndakı gələcəyi ilə bağlı bunları deyib:

“Hələ bir qərar verməmişik, amma bu, nə mənim, nə də klubun narahat olduğu bir məsələdir. “Real”da illərimi keçirdim və burdan ayrılmağı heç vaxt düşünmədim. Klubla qarşılıqlı razılıq əldə edəcəyimizə inanıram. İndi sadəcə növbəti mövsümü yaxşı keçirməyə köklənmişəm.

Messinin məsələsi ilə bağlı düşünmürük. O, gələcəyi ilə bağlı qərar vermək haqqı qazanıb”.

Ramosun “Real”la müqaviləsi 2021-ci ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button