“Real”ın zədəliləri sağaldı

“Real”ın zədəli futbolçuları Eden Hazard və Marselo sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hər iki futbolçunun komanda ilə məşqlərə başladığı bildirilir. Onlar UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçiriləcək cavab oyununda iştirak edə biləcək.

“Mançester Siti” – “Real” oyunu avqustun 7-də keçiriləcək. Mərhələnin ilk oyununda “şəhərlilər” 2:1 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button