“Real”: 4-ü satılacaq, 1-i icarəyə veriləcək

“Real” yay transfer pəncərəsi dövründə bir neçə futbolçusunu satacaq.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan rəhbərliyə satılmasını istədiyi oyunçuların siyahısını təqdim edib.

“Real”da Qaret Beyl, Dani Sebalyos, Mariano Dias və Markos Lorente satılacaq, Brahim Dias isə icarəyə veriləcək.

Toni Kroos, Marselo və İskonun vəziyyəti isə şübhəlidir. Hər üç futbolçuyla bağlı qərar mövsümün sonunda veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button