“Real”da ciddi itkilər – “Vilyarrel”la oyundan əvvəl

İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Vilyarreal”la qarşılaşacaq “Real” bu oyuna itkilərlə çıxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kapitan Serxio Ramos, həmçinin Kərim Benzema, Alvaro Odriosola, Kazemiro bu oyunda iştirak edə bilməyəcək. Ramos və Benzemanın zədəli olduğu, digər futbolçuların isə oyuna hazır olmadığı bildirilir.

“Vilyarreal” – “Real” oyunu bu gün, saat 19:15-də start götürəcək.