“Real”da braziliyalı hücumçu – RƏSMİ

İspaniyanın “Real” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın “Santos” klubundan Rodriqo Qoeslə anlaşıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı braziliyalı hücumçu ilə sabah müqavilə imzalanacağı qeyd olunub.

İspaniya mətbuatı “Real”ın bu transfer üçün Braziliya klubuna 45 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, “Real” yay fasiləsində Eder Militao, Ferland Mendi, Luka Yoviç və Eden Hazardı da heyətinə qatıb.