“Real” argentinalı mütəxəssislə danışıqlara başladı

“Real”da baş məşqçi Zinəddin Zidan istefaya göndərilsə, onun yerinə gələcək mütəxəssisin adı bəlli olub.

Komanda.az xəbər verir ki, bu, Maurisio Poçettinodur. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real”ın nümayəndələri artıq 48 yaşlı mütəxəssislə əlaqə saxlayıb, onun bu iş üçün hazır olub-olmadığını öyrəniblər. Madrid klubunun Poçettino ilə danışıqlara başladığı bildirilib.

“Real” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələ bilməsə, baş məşqçi Zinəddin Zidan istefaya göndəriləcək.

Poçettino son olaraq “Tottenhem”i çalışdırıb. Argentinalı mütəxəssis ötən ilin noyabrından işsizdir.