“Real” 180 milyonluq təklifdən imtina edib

“Real”ın futbolçusu Marko Asensionun meneceri Orasio Qaccioli maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan menecer, “Real”ın ötən mövsüm Asensio üçün 180 milyon avroluq təklif aldığını deyib:

“Asensio həmişə “Real”da xoşbəxt olduğunu və sadəcə titullar qazanmaq istədiyini deyir. Hələ gəncdir və daha da inkişaf edəcək. “Real” ondan çox razıdır.

Ötən il “Real” Asensio üçün 180 milyon avroluq təklif aldı. Ancaq klub bu təklifi düşünmədən rədd etdi”.

“Real”la 2023-cü ilə qədər müqaviləsi olan Asensionun sərbəst qalma məbləği 700 milyon avrodur.