“Real” Yoviçi göndərir, onu gətirir

İspaniyanın “Real” klubunun yay transfer pəncərəsi dövründə əsas hədəfi məlum olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” “Vulverhempton”un futbolçusu Raul Ximenesi heyətinə qatmaq niyyətindədir. Keçən yay transfer etdiyi Luka Yoviçin çıxışından razı qalmayan və mövsümün sonunda onu satmağı planlaşdıran Madrid klubu, serbiyalı futbolçunun boşluğunu Ximeneslə doldurmaq niyyətindədir.

“Real”ın İngiltərə klubu ilə əlaqə saxladığı və danışıqlara başlamağa hazır olduğu bildirilir.

“Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulan Ximenes, cari mövsümdə iştirak etdiyi 44 oyunda 22 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.