“Real” yeni transferini təqdim etdi

Madrid “Real”ı yeni transferi Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Komanda.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda təşkil olunan təqdimat mərasimində 21 yaşlı serbiyalı futbolçu 6 illik müqaviləyə imza atıb.

Daha sonra o, klub prezidenti Florentino Pereslə birgə jurnalistlərin suallarını cavablandırıb, yeni komandasının formasıyla kameralar qarşısına keçib. Lakin maraqlıdı ki, Serbiya millisinin şərəfini qoruyan futbolçunun Madrid təmsilçisində hansı nömrəli formanı geyinəcəyi müəyyənləşməyib.

Yoviç geridə qalan mövsümdə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun heyətində bütövlükdə 48 oyuna çıxıb, 27 qol vurub. O, Avropa Liqasında da 10 qola imza atıb və “Çelsi”nin forvardı Olivye Jiru ilə birlikdə ən çox qol vuran futbolçu olub.

“Real” Yoviçə görə “Ayntraxt”a 60 milyon avro təzminat ödəyib. Madrid klubu bu yay Rodriqo, Eden Hazard və Eder Militaonu da heyətinə qatıb.