“Real” yeni mövsümə qələbə ilə başladı

İspaniya La Liqasında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Kadis” doğma meydanda “Real Sosyedad”a məğlub olub. “Valensiya” isə doğma meydanda “Jirona”nı oxşar hesabla yenib. Üç qolun qeydə alındığı “Almeriya” – “Real” matçında son çempion əzmkar qələbəyə sevinib.

İspaniya La Liqası, 1-ci tur
14 avqust

Kadis – Real Sosyedad 0:1
Qol: Kubo, 24.

Valensiya – Jirona 1:0
Qol: Soler, 45+1-pen.

Almeriya – Real 1:2
Qol: Ramazani, 6 – Lukas, 61. Alaba, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button