“Real” yenə Eden Hazardı itirdi

“Real”ın hücumçusu Eden Hazard yenidən zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan məlumat verib.

Belçikalı futbolçu ötən gecə keçirilən “İnter”lə Çempionlar Liqasının matçında (3:2) sıradan çıxıb. Zidan belçikalı futbolçunun ayağından güclü zərbə aldığını söyləyib.

Qeyd edək ki, zədə səbəbindən Hazard 64-cü dəqiqədə Juniorla əvəzlənərək meydanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button