“Barselona” ilk qələbəsini darmadağınla qazandı

İspaniya La Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Qranada” “Sevilya”nı, “Levante” isə “Vilyarreal”ı qəbul edib. “Sevilya” səfərdən minimal hesabla qalib qayıdıbsa, “Vilyarreal” turu məğlub başa vurub.

Yeni mövsümə “Selta” üzərində qələbə ilə başlayan “Real” bu turda “Valyadolid”i sınağa çəkib. Madrid klubu doğma meydanda xal itkisi ilə üzləşib.

“Xetafe” – “Atletik” görüşündə də tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. “Osasuna” – “Eybar” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb. Günün yeganə qalibi doğma meydanda “Valensiya”nı minimal hesabla üstələyən “Selta” olub.

İlk turda “Atletik”ə məğlub olan “Barselona” “Betis”lə münasibətlərinə aydınlıq gətirib. 7 qolun vurulduğu oyunda sevinən tərəf Kataloniya təmsilçisi olub. “Atletiko” isə “Leqanes”in qonağı olub və minimal hesabla qalib gəlib.

İspaniya La Liqası, 2-ci tur

23 avqust

Qranada – Sevilya 0:1
Qol
: Cordan, 52.

Levante – Vilyarreal 2:1
Qol
: Rocer, 68-pen; 73-pen – Moreno, 3.

24 avqust

Osasuna – Eybar 0:0

Real – Valyadolid 1:1
Qol
: Benzema, 82 – Qvardiola, 88.

Selta – Valensiya 1:0
Qol
: Fernandes, 15.

Xetafe – Atletik 1:1
Qol
: Mata, 12 – Qarsiya, 6.

25 avqust

Alaves – Espanyol 0:0

Malyorka – Real Sosyedad 0:1
Qol
: Odeqaard, 83.

Leqanes – Atletiko 0:1
Qol
: Vitolo, 71.

Barselona – Betis 5:2
Qol
: Qrizmann, 41; 50; Peres, 56. Alba, 60. Vidal, 77 – Fekir, 15. Loren, 79.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button