“Real” və “Liverpul” xorvat üçün yarışacaq

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç yayda klubunu dəyişə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Real” və “Liverpul”un maraq dairəsindədir. Hər iki klubun futbolçunu yaxından izlədiyi və “İnter”lə danışıqlara başlamağa hazır olduğu bildirilir. “Neradzurra” futbolçunun komandadan ayrılmasına müsbət yanaşmasa da, sözügedən klubların Brozoviçin təzminat məbləği olan 60 milyon avronu ödəməyə hazır olduqları bildirilir.

2016-cı ildən Milan klubunun şərəfini qoruyan xorvatiyalı futbolçunun müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 29 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.