“Ronaldosuz oynamağı öyrənməliyik” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Beneventio” ilə 1:1 hesablı heç-heçəyə razılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bildirən mütəxəssis, Kriştiano Ronaldonun vəziyyətinə də toxunub:

“İlk hissədə oyuna nəzarət etdik. Qol vurduqdan sonra da oyuna nəzarəti davam etdirməli idik. Soyuqqanlı davrana bilmədik. Əldə etdiyimiz şansları qola çevirməyi bacarmadıq.

Ronaldo müəyyən çətinlik yaşadı, amma Çempionlar Liqasında oynamaqda qərarlı idi. O, bizim üçün vacib futbolçudur. “Real” Ronaldoya bağlı idi, ona görə də, indi hər kəs onun əsas fiqur olmasını gözləyir. Lakin Ronaldosuz oynamağı öyrənməliyik”.