“Real” rekord transferini təqdim etdi

Ötən gün Luka Yoviçi ictimaiyyətə təqdim edən Madrid “Real”ı bu gün daha bir yeni transferi – Eden Hazard üçün də təqdimat mərasimi təşkil edib.

Komanda.az xəbər verir ki, Madridə gələrək bütün tibbi müayinələrdən keçən belçikalı futbolçunun “Sanyaqo Bernabeu” stadionunda təşkil olunan təqdimat mərasiminə 50 mindən çox azarkeş gəlib.

“Çelsi”dən transfer olunan Hazard jurnalistlər üçün təşkil olunan mətbuat konfransına klub prezidenti Florentino Pereslə qatılıb. Belçika millisinin üzvü bəyan edib ki, “Real”da oynamaq onun uşaqlıq arzusu olub.

Daha sonra o, klub prezidenti ilə birgə 5 illik müqaviləyə imza atıb. “Real” Hazarda görə “Çelsi”yə 100 milyon avro təzminat ödəyib. Bununla da Eden Madrid klubu tarixinin ən bahalı transferinə çevrilib. “Real”ın əvvəlki rekordu 2009-cu ildə “Mançester Yunayted”dən 96 milyon avroya transfer olunan Kristiano Ronaldo idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button