Serxio Ramosla razılıq əldə olundu

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, “kral klubu” 34 yaşlı futbolçunun müqaviləsini bir illik uzatmağı təklif edib. Lakin tərəflər arasında 1+1 illik müqavilə imzalanması istisna olunmur. Yeni müqavilə ilə futbolçunun məvacibinin azaldılması da gözlənilir.

2005-ci ildən “Real”da çıxış edən ispaniyalı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button