Kuboku qazandı, kapitanı itirdi

İspaniya superkubokunun final oyununda “Atletiko”ya penaltilər seriyasında qalib gələn (4:1) “Real” ciddi itki ilə üzləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun kapitanı Serxio Ramos zədələnib. İspaniyalı müdafiəçi penalti zərbəsini yerinə yetirərkən ayaq biləyini zədələyib. 33 yaşlı futbolçunun 10-15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.