“Real”ın prezidentinin dediklərini dinləmirəm” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın futbolçusu Pol Poqbayla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Sulşer, “Real”ın prezidenti Florentino Peresin bir müddət əvvəl Poqbanın transferiylə bağlı dediyi sözlərə belə cavab verib:

“Real”ın prezidentinin dediklərini dinləmirəm. Onu deyə bilərəm ki, Poqba burda çox çalışır və tamamilə “Mançester Yunayted”ə sadiqdir. Zədələndikdən sonra formasını bərpa etmək üçün dəli kimi çalışır. Poqba bu komanda üçün oynamaq və komanda yoldaşlarına kömək etmək istəyir.

Hazırda Poqbanın komandadakı karyerası ilə bağlı narahat deyiləm, gələcəkdə də olmayacam. O, heç yerə getmir və burda oynamaqdan məmnundur”.

Bir müddət əvvəl Peres Poqbanı transfer etmək istədiklərini və bunun üçün çalışacaqlarını bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button