“Real” Poqbadan əl çəkmir – Bu dəfə…

“Real” uzun müddətdir transfer hədəfində olan “Mançester Yunayted”in futbolçusu Pol Poqba üçün yeni təklif hazırlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “kral klubu”, “Mançester Yunayted”in 180 milyon avro tələb etdiyi fransalı yarımmüdafiəçini transfer etməkdə israrlıdır. Madrid klubu, bu dəfə “qırmızı şeytanlar”a 145 milyon avro təklif etməyi planlaşdırır.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2021-ci ilin yayına qədərdir.