“Real” onun üçün 35 milyon avro istəyir

“Real” futbolçusu Raul de Tomasın transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı hücumçunu 35 milyon avro qarşılığında satmağa hazırdır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Geridə qalan mövsümü “Rayo Valyekano”da keçirən Tomas, 34 oyunda iştirak edərək, 14 qol vurub. Hücumçuyla “Betis”, “Valensiya” və “Benfika” yaxından maraqlanır.