“Real” onun məvacibini artırır – İllik 9 milyon avro

“Real” mövsümün sonunda komandadan ayrılmaq istədiyi deyilən Rafael Varanla vidalaşmaq istəmir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” fransalı müdafiəçinin illik məvacibini 6 milyon avrodan 9 milyona qədər artırmağa hazırdır. Bu halda, Varan “Real”ın ən yüksək ödənişli futbolçusu olacaq.

“Real”la 2022-ci ilədək müqaviləsi olan futbolçu ilə “Yuventus”, “Mançester Yunayted” və “Bavariya” maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button