“Real” ona yeni müqavilə təklif edəcək

“Real” hücumçusu Vinisius Juniora sərfəli müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, “kral klubu” braziliyalı futbolçu komandanın vacib hissəsi olduğundan, onunla müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir.

21 yaşlı forvardın “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2018-ci ildən komandadadır.

Vinisius cari mövsümdə Madrid komandasının heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button