“Real” hərəkətə keçir – MY-nin istədiyi futbolçu üçün

İspaniyanın “Real” klubu “Mançester Yunayted”in transfer hədəfində olan futbolçu üçün hərəkətə keçir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın “Sportinq”dən heyətinə qatmağa çalışdığı Bruno Fernandes “Real”ın maraq dairəsindədir. Madrid klubunun yarımmüdafiəçi üçün ilkin təklif hazırladığı və tələb olunan məbləği ödəməyə hazır olduğu bildirilir.

“Mançester Yunayted” Fernandes üçün “Sportinq”ə 55 milyon avro təklif etsə də, Portuqaliya təmsilçisi bu təklifdən imtina edərək, 80 milyon avro tələb etmişdi. Futbolçu ilə “Tottenhem”in də maraqlandığı deyilir.

2017-ci ildə “Sampdoriya”dan transfer olunan futbolçunun “Sportinq”lə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, son mövsümdə iştirak etdiyi 53 oyunda 32 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button