“Real” məni icarəyə vermək istədi, amma…” – Marselo

İspaniyanın “Real” klubunun futbolçusu Marselo açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi, “kral klubu”na transferi barədə danışıb:

“Məncə, hər zaman şansınızdan istifadə etmək məcburiyyətindəsiz. Bura 18 yaşım olanda gəlmişdim. “Real” məni icarəyə vermək istədi, amma razılaşmadım. Nə vaxtsa, klubda vacib bir futbolçu olacağımı, həmin vaxtın gələcəyini bilirdim. Sadəcə həyatda sahib olduğunuz hər fürsətə bağlı olmalı, onu dəyərləndirməlisiz. Mən də belə etdim”.

Marselo 2007-ci ildən “Real”ın şərəfini qoruyur.