“Atletiko” ilə “Sevilya” 3 xalı 3 qolla qazandı

İspaniya La Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Betis” və “Malyorka” komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu matçda tərəflər 1 xalla kifayətləniblər.

Lider “Real” bu turda səfərdə “Levante” ilə qarşılaşıb və minimal hesabla məğlub olub. “Barselona” isə “Eybar”ı sınağa çəkib. Messinin pokerə imza atdığı oyunda darmadağına sevinən Kataloniya təmsilçisi, “Real”ın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Sevilya” səfərdə “Xetafe”ni darmadağın edib. “Atletiko” isə “Vilyarreal”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

“Alaves” “Atletik”i, “Valyadolid” “Espanyol”u məğlub yola salıb. “Osasuna” isə evdə “Qranada”ya böyük hesabla uduzub.

İspaniya La Liqası, 25-ci tur

21 fevral

Betis – Malyorka 3:3
Qol
: Kanales, 19-pen. N.Fekir, 35-pen. Xoakin, 48 – X.Ernandes, 16. Budimir, 27. Kubo, 70.

22 fevral

Selta – Leqanes 1:0
Qol
: Aspas, 62.

Barselona – Eybar 5:0
Qol
: Messi, 14; 37; 40; 87. Artur, 89.

Real Sosyedad – Valensiya 3:0
Qol
: Merino, 12. Monreal, 45+1. Yanuzay, 48.

Levante – Real 1:0
Qol
: Morales, 79.

23 fevral

Osasuna – Qranada 0:3
Qol
: Maçis, 4; 28. Fulke, 41.

Alaves – Atletik 2:1
Qol
: L.Peres, 28-pen. Eli, 90+1 – R.Qarsiya, 17.

Valyadolid – Espanyol 2:1
Qol
: S.Ramires, 77. Qvardiola, 83 – Embarba, 90+3-pen.

Xetafe – Sevilya 0:3
Qol
: Okampos, 43. Fernando, 67. Kounde, 75.

Atletiko – Vilyarreal 3:1
Qol
: Korrea, 40. Koke, 64. J.Feliks, 74 – Alkaser, 16.

Bombardir: Lionel Messi (Barselona) – 18 qol.