“Real” “Leqanes” qarşısına onlarsız çıxacaq

“Real” İspaniya La Liqasının 32-ci turunda səfərdə “Leqanes”lə qarşılaşacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. “Kral klubu”nun futbolçuları – Serxio Ramos, Tibo Kurtua, Toni Kroos və Junior Vinisius zədə səbəbindən “Leqanes”lə matçı buraxacaq.

Serxio Reqilon, Mariano Dias və Brahim Diasın adları isə texniki heyətin qərarıyla oyunun iştirak ərizəsinə daxil edilməyib.

“Leqanes” – “Real” matçı bu gün, saat 23:00-da start götürəcək.