“Real” ilk klub oldu ki…

İspaniyanın “Real” klubu La Liqanın 16-cı turunda “Espanyol”u 2:0 hesabı ilə məğlub edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu, “kral klubu”nun turnirdəki 1700-cü qələbəsi olub. “Real” La Liqa tarixində 1700 qələbə qazanan ilk klub olub. İndiyədək “Barselona” 1645, “Atletiko” 1292, “Atletik” 1239, “Valensiya” isə 1230 qələbə qazanıb.

Madrid təmsilçisi çempionatda ilk qələbəsini 1929-cu ildə qazanıb.