“Real” koronavirusla bacarmır – məvacibləri yenə azaldır

İspaniyanın “Real” klubu futbolçuların və işçilərin məvacibini yenidən azalda bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” koronavirus səbəbiylə belə addım ata bilər. Klub rəhbərliyi pandemiya səbəbiylə yaranmış maddi durğunluğu aradan qaldırmaq üçün bu qərarın effektiv olacağını düşünür.

“Real” apreldə də komanda üzvlərinin və klub işçilərinin məvacibini azaltmışdı.