“Çempionluq uğrunda açıq mübarizə gedir” – Zidan

“Real” klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransalı mütəxəssis, La Liqada bu mövsüm çempionluq yarışı haqda bunları deyib:

“Atletiko” hazırda liderdir. Çempionluq yarışının sadəcə onlarla bizim aramızda olacağını düşünmürəm. Çempionluq uğrunda açıq mübarizə gedir.

Mənim komandadakı gələcəyim? İşim yorucudur, ancaq bunu etməyi sevirəm. Gələcəkdə nə olacağını bilmirəm, amma hər anımdan zövq alıram”.

“Atletiko” La Liqada 35 xalla lider, “Real” isə 33 xalla 2-ci sıradadır. “Atletiko”nun ehtiyatda 3, “Real”ın isə 1 oyunu var.