“Real”da Yoviçlə bağlı qərar verildi

“Real” klubunda hücumçu Luka Yoviçlə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi bu transfer dönəmində serbiyalı futbolçunu satmayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real” rəhbərliyi əsas hücumçu Kərim Benzemanın zədələnməsi səbəbindən Yoviçi komandada saxlamağa qərar verib.

Yoviç bu mövsüm “Real”la 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.