Ronaldo “Real”a lazım deyil!

“Real” klubu “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu transfer etmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Xəbərdə, “Real”ın strategiyasına görə komandaya 35 yaşlı deyil, gənc hücumçu lazım olduğu bildirilib. Bu səbəbdən madridlilər portuqaliyalı futbolçunun transferi haqda düşünmür.

Bir müddət əvvəl İtaliya mətbuatı “Real”ın Ronaldonu transfer etmək istədiyini iddia edirdi. 35 yaşlı forvard 2009-2018-ci illər aralığında “kral klubu”nda çıxış edib.