“Real”da 3-cü itki

“Real” klubu növbəti ciddi itki ilə üzləşib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luka Yoviç zədələnib. Beynəlxalq Çempionlar kubokunun “Atletiko” ilə matçının 24-cü dəqiqəsində zədələn Yoviç, Kərim Benzema ilə əvəzlənib. Serbiyalı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Oyun “Atletiko”nun 7:3 hesablı qələbəsi ilə bitib.

“Real”da bir müddət əvvəl Ferlan Mendi və Marko Asensio da zədələnmişdi.