“Real”ın “Malyorka” səfərində o da olmayacaq

“Real” İspaniya La Liqasının 9-cu turunda “Malyorka” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Qaret Beyl bu səfər qarşılaşmasında iştirak etməyəcək. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Xəbərdə, Uels millisinin heyətində zədələnən yarımmüdafiəçinin “Malyorka” ilə oyunda iştirak etməyəcəyi bildirilib. Beylin sağalma müddəti hələ bəlli deyil.

“Real”da Beyllə yanaşı, Luka Modriçin də “Malyorka” ilə oyunda olmayacağı bildirilir.

Oktyabrın 19-da keçiriləcək “Malyorka” – “Real” oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button