Yeni transferi “Real”ın tarixinə düşdü

“Real” İspaniya La Liqasının 4-cü turunda “Selta”nı məğlub edib – 5:2.

Komanda.az xəbər verir ki, “kral klubu”nun yeni transferi Eduardo Kamavinqa sözügedən oyunda iştirak edərək, debüt edib. Kamavinqa debüt oyununda qol vuraraq “Real”ın tarixinə düşüb.

Belə ki, qarşılaşmada komandasının 4-cü qolunu vuran fransalı yarımmüdafiəçi, klubun tarixində debüt oyununda qol vuran ən gənc ikinci futbolçu olub. O, buna 18 yaş 306 günlüyündə nail olub.

“Real”da debüt oyununda qol vuran ən gənc futbolçu Rodriqodur. Hücumçu 18 yaş 259 günlüyündə fərqlənib.