Zidan “Real”ın tarixində 2-ci oldu

“Real” İspaniya La Liqasının 30-cu turunda “Real Sosyedad”ı məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma madridlilərin çalışdırıcısı Zinəddin Zidan üçün əlamətdar olub.

Belə ki, “Real Sosyedad”la oyundan 3 xalla ayrılan Zidan, “Real”ın tarixində bütün turnirlər də daxil olmaqla ən çox qələbə qazanan ikinci baş məşqçi olub. “Real Sosyedad”la matçdakı qələbə fransız mütəxəssisin “Real”dakı 134-cü qalibiyyəti olub.

“Real”ın tarixində bütün yarışlar daxil olmaqla ən çox qələbə qazanan Migel Munyosdur. Munyos “kral klubu” ilə 357 qələbə qazanıb. Üçüncü sırada isə 133 qələbə ilə Visente del Boskedir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button