Zidan üçün əlamətdar oyun

“Real” İspaniya La Liqasının 28-ci turunda “Eybar”ı məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zidan, “Real”la La Liqada ən çox qələbə qazanan ikinci baş məşqçi olub.

“Eybar”la matçdakı qələbə fransız mütəxəssisin La Liqadakı 90-cı zəfəri olub. O, bununla da, “Real”ın sabiq baş məşqçisi Leo Benhakkeri geridə qoyub. Benhakker “Real”la La Liqada 89 qələbə qazanmışdı. Zidan bu göstəricidə Migel Munyosdan geri qalır. Munyosun aktivində 257 qələbə var.

Zidan “Real”la 200 oyun keçirib və bunların 132-də qələbə qazanıb, 26-da isə məğlub olub.