Kroos “Real”ın tarixinə düşdü

“Real” İspaniya La Liqasının 25-ci turunda “Real Sosyedad”la qollu bərabərə qalıb – 1:1.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun futbolçusu Toni Kroos üçün rekordla əlamətdar olub. Bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb.

Kroos Madrid klubunun heyətində 309-cu oyuna çıxıb. 31 yaşlı yarımmüdafiəçi “Real”da ən çox oyun keçirən alman futbolçu ünvanını əldə edib.

Bundan əvvəlki rekord 308 oyunla keçmiş yarımmüdafiəçi Uli Ştilikeyə aid idi.

Kroos 2014-cü ildən “Real”da çıxış edir.