Beyl Ronaldonu keçdi

“Real” İspaniya kubokunun 1/16 final mərhələsində “Unionistas”ı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Qaret Beyl üçün əlamətdar olub. Belə ki, “Unionistas”la matçda fərqlənən Beyl, “Real”dakı qollarının sayını 105-ə çatdırıb.

Uelsli hücumçu qol sayında “Real”ın keçmiş futbolçusu Ronaldonu geridə qoyub. Braziliyalı sabiq hücumçu “kral klubu”nda 177 oyunda 104 qol vurmuşdu. 2013-cü ildən “Real”da forma geyinən Beyl isə 105 qol səddinə 246 matçda çatıb.

“Real” tarixinin bombardiri isə 438 oyunda 450 qol vuran Kriştiano Ronaldodur.