“Real” 89 milyon avroluq transferə hazırlaşır

İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Fabian Ruis karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Real”ın hədəfindədir. Futbolçunu yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyən “kral klubu”nun “Napoli” ilə danışıqlara başladığı bildirilir.

Madrid klubunun “Napoli”yə Ruisin hazırkı transfer qiymətini – 89 milyon avro təklif edəcəyi bildirilir.

2018-ci ildən “Napoli”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə iştirak etdiyi 10 çempionat oyununda 1 qolla yadda qalıb.