“Real” futbolçularını geri qaytarır

“Real” icarə əsasında “Valyadolid”də çıxış edən futbolçuları Andrey Lunin və Xavi Sançesi geri qaytarmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi hər iki oyunçusunun icarə sözləşməsini ləğv etmək niyyətindədir. Bu barədə AS nəşri məlumat yayıb. Buna səbəb “Real”ın futbolçularının az şans qazanmasından narahat olmasıdır.

“Real” Lunin və Sançesi qış fasiləsində geri qaytararaq, daha çox forma geyinə biləcəkləri komandaya icarəyə verməyi düşünür.

Lunin bu mövsüm La Liqada heç bir rəsmi oyuna çıxmayıb, Sançes isə bir qarşılaşmada forma geyinib. Hər iki futbolçunun “Valyadolid”lə icarə müqaviləsi mövsümün sonuna qədərdir.