Modriç “Real”da qalacaq? – Klub rəsmisindən açıqlama

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə “kral klubu”nun direktoru Emilio Butragenyo məlumat verib. Klub rəsmisi Modriçin daha bir il “Real”da çıxış edəcəyini bildirib.

35 yaşlı xorvatiyalı yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir. Modriç, 2012-ci ildən “Real”da çıxış edir.