“Real”ın vidalaşmaq istədiyi futbolçuların qiymətləri

“Real” yay transfer pəncərəsi dövründə bir neçə futbolçusunu satmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, “kral klubu” satılan futbolçulardan gələn gəlirləri yeni oyunçu transferləri üçün xərcləyəcək. “Real” satdığı futbolçulardan 300 milyon avroya yaxın gəlir gözləyir. Bu barədə “As” nəşri məlumat yayıb.

Madrid klubu ilk növbədə Qaret Beylin komandadakı durumunu həll etmək niyyətindədir. Hücumçunun transfer dəyəri müəyyənləşdirilməyib.

“Real” Xames Rodriqesi 60, Mateo Kovaçiçi 50 milyon avro qarşılığında satmağa hazırdır. Dani Seballos və Markos Lorentenin transfer dəyəri isə 40 milyon avro müəyyən edilib. Madridlilər hücumçusu Mariano Diası 20, Borha Mayoralı isə 12 milyon avroya satacaq. Klubdan ayrılacağı gözlənilən Keylor Navas üçün isə 10 milyon avro tələb olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button