“Real” elə bir transferə imza atdı ki… FOTO

Bir müddət əvvəl avtomobil qəzasında həyatını itirən mərhum futbolçu Xose Antonio Reyesin oğlu Xose Reyesin karyerasını “Real” klubunda davam etdirə biləcəyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”, “Leqanes”in gənc komandasında çıxış edən 11 yaşlı futbolçunu transfer etdiyini açıqlayıb.

“Real”ın prezidenti Florentino Peres, azyaşlı futbolçunun bütün təhsil və yaşayış xərclərini ödəyəcəyini bildirib.

11 yaşlı futbolçu, son mövsümdə “Leqanes”in heyətində İspaniya çempionatının qalibi və turnirin bombardiri olmuşdu.

Xose Antonio Reyes karyerası ərzində “Real”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda forma geyinmişdi. Reyes 22 dəfə də İspaniya millisində çıxış etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button