La Liqa nəhəngi də Dibalaya “elçi düşür”

“Real” “Yuventus”un hücumçusu Paulo Dibala ilə maraqlanır.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Madrid klubu yarımmüdafiəçi Marko Asensio komandadan ayrılacağı təqdirdə, 28 yaşlı argentinalı ilə müqavilə imzalamağa çalışacaq.

Dibala iyunun 30-da azad agent olacaq. O, ötən mövsüm “qoca sinyora”nın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha əvvəl Dibalanın “İnter”ə keçəcəyi bildirilirdi.

Bizi Telegramda izləyin