“Real” icarəyə verdiyi futbolçunu geri qaytara bilər

“Real” “Milan”dan yarımmüdafiəçi Brahim Diası geri qaytarmağı düşünür.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, bu variant Marko Asensio “kral klubu”ndan ayrılacağı təqdirdə mümkün olacaq.

“Milan” Diası 2021-ci ilin iyulunda “Real”dan 2 illik icarəyə götürüb. İtaliya klubunun 23 yaşlı ispaniyalını 22 milyon avroya almaq hüququ var. Lakin Madrid təmsilçisi futbolçunu 30 milyon avroya geri ala bilər.

Dias cari mövsümdə “Milan”ın heyətində 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button